Məhkəmə Əli İnsanovun dövlət qurumuna qarşı apellyasiya şikayətini qeyri-mümkün hesab edib - YENİLƏNİB

Məhkəmə Əli İnsanovun dövlət qurumuna qarşı apellyasiya şikayətini qeyri-mümkün hesab edib - <span style="color: red;">YENİLƏNİB
# 25 sentyabr 2013 08:37 (UTC +04:00)

APA-nın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən məlumatına görə, prosesdə qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin bu iddia üzrə qərar çıxarmasını düzgün saymayıb və ləğv edib. Məhkəmə qərarında iddianın qeyri-mümkün olması qeyd olunub.

Qeyd edək ki, Ə. İnsanov çıxarışın dublikatının verilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddiada Ə. İnsanov həbs edilən zaman evindən götürülən sənədlərə dair çıxarışların dublikatının verilməsini tələb edilib. Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardan narazı qalan Ə. İnsanov apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR