Paytaxtda mənzillərin birində 86 yaşlı kişinin meyiti aşkarlanıb

Paytaxtda mənzillərin birində 86 yaşlı kişinin meyiti aşkarlanıb
# 29 aprel 2014 21:38 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Cavadov Rasim Hüseynağa oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.Cavadovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR