Kürdəmirdə maşından düşən 10 yaşlı uşağı digər avtomobil vuraraq öldürüb

Kürdəmirdə maşından düşən 10 yaşlı uşağı digər avtomobil vuraraq öldürüb
# 14 iyun 2014 09:37 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10:30 radələrində Kürdəmir-Mollakənd yolunda qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Qasımov Samir Alay oğlu atasının idarə etdiyi minik avtomobilindən aşağı düşərkən qəflətən onun yanından keçən digər avtomobil, 1965-ci il təvəllüdlü Eldar İsmayılovun idarə etdiyi “QAZel” markalı yük maşını tərəfindən vurulub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, o polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR