Vladimir Putin Azərbaycan prezidentini Böyük Vətən Müharibəsində qələbənin 69-cu ildönümü münasibəti ilə təbrik edib

Vladimir Putin Azərbaycan prezidentini Böyük Vətən Müharibəsində qələbənin 69-cu ildönümü münasibəti ilə təbrik edib
# 08 may 2014 12:46 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda V.Putinin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini Böyük Vətən Müharibəsində qələbənin 69-cü ildönümü münasibəti ilə təbrik etdiyi bildirilir.

Rusiya prezidenti Ukrayna və Gürcüstan dövlət başçılarına təbrik göndərməyib.

Eyni zamanda qeyd olunub ki, V.Putin qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının rəhbərlərinə, habelə Gürcüstan və Ukrayna vətəndaşlarına Böyük Vətən Müharibəsində qələbənin 69-cü ildönümü münasibəti ilə təbrik ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR