FHN-nin İdman Sağlamlıq Klubu Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirib - FOTOSESSİYA

FHN-nin İdman Sağlamlıq Klubu Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 26 yanvar 2014 20:34 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Qurumdan APA-ya verilən məlumata görə, 5 gün davam edən yarışmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.

Çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100 nümayəndəsi iştirak edib. Bu, 2014-cü ildə klubun ilk yarışıdır. Yarışı hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Azər Abdullayev və Anar Ələkbərov izləyiblər.

Tədbirin final mərhələsinin açılışında FHN-nin İdman Sağlamlıq Klubunun prezidenti Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər.

Final mərhələsində fərdi mükafatlandırmada Ramiz İsgəndərov (FHN-nin Akademiyası) birinci yer, Elçin Əsədov ( FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ikinci yer, Dəyanət Məmmədov ( FHN-nin Şimal-Qərb Regional Mərkəzi) üçüncü yer tutublar. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Komanda şəklində isə birinci yerə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yerə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə nazirliyin Akademiyası layiq görülü. Hər üç qalibə kubok təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR