ABŞ İranı bir daha dövlət terrorizmini dəstəkləməkdə ittiham edib

ABŞ İranı bir daha dövlət terrorizmini dəstəkləməkdə ittiham edib
# 01 may 2014 08:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamenti aprelin 30-da qlobal terrorizmə dair illik hesabatını açıqlayıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, sənəddə İran bir daha dövlət terrorizmini dəstəkləyən əsas ölkələrdən biri kimi təqdim edilib: “Rəsmi Tehran Suriya, Yəmən, Bəhreyn, Qəzza və Afrikada, o cümlədən bölgədəki digər terrorçuları dəstəkləyir. Belə ki, İran Afrikadakı mövcudluğunu gücləndirib. Bundan əlavə, İran Yəmən və Bəhreyn separatçılarına qaçaq yolla silah ötürməyə səy göstərir. Eyni zamanda İran Livanın “Hizbullah təşkilatına və Fələstindəki müqavimət qüvvələrinə maddi-texniki və maliyyə dəstəyi verir”.

Hesabatda həmçinin qeyd olunur ki, İranın mübahisəli nüvə məsələsinin həlli qarşıda duran əsas vəzifələrdən biri olmaqla yanaşı, rəsmi Tehranın müqavimət qüvvələrinə dəstək verməsi, raket sənayesi proqramı və insan haqları məsələsi də çözülməsi vacib olan problemlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR