Ağdaşda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağdaşda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 02 may 2014 21:52 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 6 km aralıda yerləşən Qəsil kəndində vətəndaşa məxsus "KİA" markalı minik avtomobili yol kənarındakı dəmir köşkə çırpılıb.

Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR