Azərbaycanda 3 və daha çox uşağı olan 40 minə yaxın ailə ünvanlı sosial yardım alır - VİDEO

Azərbaycanda 3 və daha çox uşağı olan 40 minə yaxın ailə ünvanlı sosial yardım alır - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 08:20 (UTC +04:00)

Bakı - APA-Economics. 1 yanvar 2014-cü ilə olan məlumata əsasən, Azərbaycanda 615 516 nəfər ailə üzvünü əhatə edən 140 711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 39 852-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296 185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10 279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20 253 nəfərdir.

Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR