Qubada avtomobil çaya düşüb

Qubada avtomobil çaya düşüb
# 05 fevral 2014 20:17 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Qorxmazoba kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “UAZ” markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb.

Nəticədə, avtomobilin sürücüsü və iki sərnişin köməksiz vəziyyətdə qalıb. Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşların təhlükəsiz əraziyə çıxmalarına şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR