Bakıda Türkiyə vətəndaşına qarşı quldurluq olub

Bakıda Türkiyə vətəndaşına qarşı quldurluq olub
# 16 aprel 2014 10:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Türkiyə vətəndaşına qarşı quldurluq edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Türkiyə vətəndaşı Kağnıcıoğlu İshak Mehmet oğluna qarşı zor tətbiq edərək 1040 manatını almış Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.

Aparılmış araşdırma zamanı yanvarın 10-da Kağnıcıoğlu İshak Mehmet oğlunun pul, qızıl və məişət əşyalarının da V. Məmmədov tərəfindən oğurlanması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR