Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub
# 27 may 2014 17:30 (UTC +04:00)

Bakı-APA. Mingəçevir su anbarında 1 nəfər batmaq təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1996-cı il təvəllüdlü 1 nəfər Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən təxminən 700 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs FHN-in Mingəçevir sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 18:15-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR