Vitali Kliçko: Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib

Vitali Kliçko: Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib
# 17 dekabr 2013 21:09 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Ali Radasındakı UDAR fraksiyasının lideri Vitali Kliçko bəyan edib ki, prezident Viktor Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Vitali Kliçko qeyd edib ki, məlumatlandırılmış mənbələrdən ona daxil olan məlumata əsasən, 15 mlrd. dollar həcmində olan kredit sazişi Ukrayna əmlakının girovu müqabilində imzalanıb”, deyə Kliçko vurğulayıb.

Bundan əvvəl boks üzrə dünya çempionu olan Vitali Kliçko Yanukoviçlə rinqdə görüşməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR