Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib

Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib
# 29 aprel 2014 15:12 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməli, kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır: “Bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər: “Turizmin inkişaf etdiyi rayonda bu sahə ilə bağlı ədəbiyyatlar olmalıdır. Bir sözlə, kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq. Hesab edirəm ki, bu müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcək”.

Rusiya Milli Kitabxanasının baş direktoru Anton Lixomanov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli və başqaları müşavirədə çıxış edərək müasir kitabxana-informasiya sistemi haqqında məlumat veriblər.

Müşavirədə kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış olub, “Kənd Kitabxana-İnformasiya Mərkəzi” pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan “ALİSA” proqramının təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR