Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatda ikinci olub

Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatda ikinci olub
# 27 oktyabr 2014 15:36 (UTC +04:00)

Bakı - APA. Bolqarıstanın Köstəndil şəhərində kartinq üzrə Bolqarıstan çempionatının sonuncu - altıncı mərhələsi keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından APA-ya verilən məlumata görə, Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev çempionatda “DD2” kateqoriyasında yarışıb.

Sonuncu mərhələnin finalında 6 idmançı iştirak edib. Azərbaycan təmsilçisi “DD2” kateqoriyasında 2-ci yerin sahibi olub.

Gülhüseyn Abdullayev kartinq üzrə Azərbaycan çempionudur. 2013-cü ildə “Rotax Max Challenge Türkiyə”nin “Junior” kateqoriyasında qalibi olaraq ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR