“Unibank” FHN və Müdafiə Sənayesi Nazirliklərinin əməkdaşları üçün yeni kredit aksiyası keçirir

“Unibank” FHN və Müdafiə Sənayesi Nazirliklərinin əməkdaşları üçün yeni kredit aksiyası keçirir
# 17 dekabr 2014 13:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” peşə bayramı günləri münasibəti ilə Fövqəladə Hallar, eləcə də Müdafiə Sənayesi Nazirlikləri işçilərinə 0% komissiyalı nağd kredit kampaniyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, peşə bayramları ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün 16-23 dekabr, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün isə 17-24 dekabr tarixləri ərzində “Unibank”da nağd kreditlər komissiyasız olacaq. Kampaniya müddətində FHN və MSN sistemində çalışanlar 10.000 manatadək nağd krediti 0% komissiya ilə götürə biləcəklər.

Yeri gəlmişkən, artıq iş yerindən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət etmək mümkündür. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, “Unibank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Unibank”ın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR