Avropa Şurasının baş katibi son həbslərlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Avropa Şurasının baş katibi son həbslərlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
# 06 fevral 2013 15:48 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. “Avropa Şurasının baş katibi Tyobörn Yaqland Azərbaycanda iki müxalifət liderinin həbsindən narahatdır, bu məsələnin nə cür inkişaf edəcəyini yaxından izləyir”. Bu barədə Avropa Şurasının mətbuat katibliyindən APA-ya verilən məlumatda bildirilir.

Məlumatda deyilir ki, T. Yaqland bu həbslərə aydınlıq gətirilməsi üçün artıq Azərbaycan hökumətinə sorğu göndərib.

Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmtəsisçisi İlqar Məmmədov barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR