Azərbaycan bir il ərzində təbii qaz ixracını 28%, elektrik enerjisini isə 45%-ə qədər azaldıb

Azərbaycan bir il ərzində təbii qaz ixracını 28%, elektrik enerjisini isə 45%-ə qədər azaldıb
# 15 avqust 2015 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyul ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 7 ayında gömrük bəyannamələri əsasında 144 265,32 min ABŞ dolları dəyərində 906 974,52 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,70% azdır. Məbləğ dəyərində isə bu rəqəm 33,16% azdır.

Bu ilin 7 ayı ərzində 12 803,81 min dollar dəyərində 210 759,67 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 45,04% azdır. Məbləğ dəyərində isə bu rəqəm 31,24% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR