Gənc azərbaycanlı pianoçu Belqradda keçirilən beynəlxalq musiqi müsabiqəsində qalib gəlib

Gənc azərbaycanlı pianoçu Belqradda keçirilən beynəlxalq musiqi müsabiqəsində qalib gəlib
# 27 fevral 2013 12:09 (UTC +04:00)

Bakı – APA. Fevralın 17-21-də Belqrad şəhərində gənc pianoçuların 9-cu “Davorin Yenko” beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Serbiya, Rusiya, Ukrayna, Sloveniya, Makedoniya, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina, Bolqarıstan və Çexiyadan olan gənc istedadların iştirak etdikləri müsabiqədə Azərbaycanı Xırdalan musiqi məktəbinin müəlliməsi Arzu Manafovanın yetirməsi Fidan Əmişova (11 yaş) təmsil edib.

Gənc azərbaycanlı pianoçunun ifası maraqla qarşılanıb və Xorvatiya, Sloveniya, Serbiya və Makedoniyanın tanınmış musiqi mütəxəssislərindən ibarət münsiflər heyəti F. Əmişovanı müsabiqənin qalibi elan ediblər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR