Suriya İŞİD-in Palmiradakı mövqelərinə hava zərbəsi endirib

Suriya İŞİD-in Palmiradakı mövqelərinə hava zərbəsi endirib
# 25 may 2015 23:09 (UTC +04:00)

Bakı-APA. Suriyaya məxsus hərbi təyyarələr İŞİD-in Palmira şəhərindəki mövqelərinə hava zərbəsi endirib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatı zamanı 160 yerüstü hədəfə zərbə endirilib.

Hərbçilər hava hücumu nəticəsində 50-dək terrorçunun məhv edildiyini bildirir. Terrorçulara məxsus silah-sursat anbarları məhv edilib, hərbi maşınlar sıradan çıxarılıb.

Suriya Hərbi-Hava qüvvələri Palmira şəhərinə gedən yolları, həmçinin, qaz yataqlarına yaxın əraziləri bombardman ediblər.

Ötən həftə İŞİD terror qruplaşmasının silahlıları qədim Palmira şəhərini ələ keçirib. Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR