Bakı Fond Birjasının sədri işdən çıxıb

Bakı Fond Birjasının sədri işdən çıxıb
# 04 fevral 2013 14:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «Bakı Fond Birjası» QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.

Fondan «APA-Economics»ə verilən məlumata görə, iclasda BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.

Müşahidə Şurasının qərarı ilə səhmdarların ümumi yığıncağı çağırılanadək BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icra edilməsi Emin Muradova həvalə edilib. BFB-nin səhmdarlarının ümumi yığıncağının martın 29-da keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Emin Kamran oğlu Muradov 1981-ci ildə anadan olub. O, 1999-2003-cü illərdə Boğaziçi Universitetində menecment və iqtisadiyyat üzrə bakalavr təhsili, 2003-2005-ci illərdə Mərkəzi Avropa Universitetində, 2005-2007-ci illərdə isə Texas Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. E.Muradov 2007-ci ildə bank sistemində əmək fəaliyyətinə başlayıb, 2010-cu ildən etibarən isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tədqiqatlar və bazarın inkişafı şöbəsinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR