Azərbaycanda qadınların zorakılığa məruz qalmasının səbəbkarı kimi kişilər göstərilib

Azərbaycanda qadınların zorakılığa məruz qalmasının səbəbkarı kimi kişilər göstərilib
# 04 fevral 2013 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda qadınların zorakılıq qurbanına çevrilməsinin səbəbkarı kimi kişilər göstərilib. APA-nın xəbərinə görə, bu nəticə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Qadınların zorakılıq qurbanına çevrilməsinin səbəbkarı kimdir? adlı sorğunun nəticəsində məlum olub. Sorğuya verilən cavablara əsasən, belə nəticəyə gəlinib ki, sayt istifadəçilərinin əksəriyyəti zorakılığın səbəbkarı kimi əsasən kişiləri günahkar hesab ediblər.

Belə ki, sorğuda iştirak edənlərin 47%-i qadınların zorakılıq qurbanına çevrilməsinin səbəbkarının kişilər, 28%-i cəmiyyət, 16%-i isə qadınlar 9%-i ailə olduğunu göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR