İsrail XİN rəhbərinə qarşı sui-qəsdin qarşısı alınıb

İsrail XİN rəhbərinə qarşı sui-qəsdin qarşısı alınıb
# 21 noyabr 2014 02:34 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin “Şin Bet” Daxili Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, xidmətin əməkdaşları A.Libermanın qətlə yetirilməsini planlaşdıran HƏMAS hərəkatının bir neçə üzvünü həbs ediblər.

“Şübhəli şəxslər avtomobil kortejinin İordan çayının qərb sahili boyu – nazirin yaşadığı Tekoa yaşayış məntəqəsinə doğru marşrutu ilə bağlı məlumatlar toplayırmışlar” deyə qurumdan bildirilib.

Saxlanılan şəxslər XİN rəhbərinin avtomobilini atəşə tutmaq məqsədilə qumbaraatan əldə etməyi planlaşdırıbmışlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR