Ermənistan Rusiyanın “İnter RAO” şirkətinin rəhbərinə cavab verib

Ermənistan Rusiyanın “İnter RAO” şirkətinin rəhbərinə cavab verib
# 02 iyul 2015 11:55 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, komissiya hesab edir ki, B. Kovalçukun yaranmış durumda mövqeyi anlaşılmaz və əsassızdır.

“Biz bunu beynəlxalq ekspertlərlə müzakirələr zamanı sübut etməyə hazırıq. Ermənistan qanunvericiliyi nizamlanma sahəsində beynəlxalq təcrübəyə uyğundur. Yaranmış durumda səhvlərə və çatışmazlıqlara bəraət qazandırmaq cəhdini yersiz sayırıq”, -deyə komissiyadan bildiriblər.

Xatırladaq ki, B. Kovalçuk TASS-a açıqlamasında bildirib ki, Ermənistanda elektrik enerjisi tariflərinin artması nəticəsində kütləvi etiraz aksiyalarının baş tutması və ölkənin elektrik enerjisi sektorunda yaranmış çətin vəziyyət iqtisadi səbəblərlə bağlıdır və siyasətlə heç bir əlaqəsi yoxdur. O qeyd edib ki, bu, sektorun idarə edilməsində sistemli problemlərin yaranmasının nəticəsidir.

“11 il ərzində tariflərin kifayət qədər artmaması, “Metsamor” atom elektrik stansiyasında təmirin edilməsi və Ermənistanın su elektrik stansiyalarında istehsalın azalması ölkənin paylayıcı şəbəkə kompleksində 37 mlrd. dram (4,3 mlrd. rubl) kəsirin yaranmasına səbəb olur. Bu da asan olmayan maliyyə vəziyyətində yaranmış çətinliklərin əsas səbəbi olub”, - deyə B. Kovalçuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR