Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 06 oktyabr 2014 19:46 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün axşam saatlarında rayonun Poçtbinə kəndində, 64 yaşlı Zivər Məmmədova məxsus, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR