BVF-nin rəhbəri Kristin Laqard: «Avronun möhkəmlənməsi Avropanın siyasi tədbirlər həyata keçirməsi ilə bağlıdır»

BVF-nin rəhbəri Kristin Laqard: «Avronun möhkəmlənməsi Avropanın siyasi tədbirlər həyata keçirməsi ilə bağlıdır»
# 16 fevral 2013 13:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qlobal maliyyə böhranının ən pis hissəsi artıq geridə qalıb. «APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Dünya Bankının rəhbəri Cim Yonq Kim bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, regionlarda stabillik təmin olunmalıdır, iqtisadi artım möhkəmləndirilməlidir və dayanıqlı olmalıdır, eyni zamanda, yeni iş yerləri açılmalıdır.

Bununla yanaşı, Beynəlxalq Valyuta Fondunun rəhbəri xanım Kristin Laqard bildirib ki, hazırda dünyada valyuta müharibələri barədə dolaşan söz-söhbətlər əsassızdır. Onun sözlərinə görə, avronun dünya bazarında möhkəmlənməsi və Yaponiya yeninin zəifləməsi Avropanın siyasi tədbirlər həyata keçirməsi və Yaponiya hökumətinin pul-kredit siyasətinin zəifləməsi ilə əlaqədardır.

Bundan öncə Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi bildirib ki, avrozona ölkələrinin iqtisadiyyatı 2013-cü ilin ikinci yarısından etibarən bərpa olunacaq. Onun fikrincə, avrozona üçün əsas məqsəd maliyyə bazarlarında parçalanmanın aradan qaldırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR