"Nikoyl Bank" KİV nümayəndələrini mükafatlandırıb - FOTO

"Nikoyl Bank" KİV nümayəndələrini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 22 iyul 2015 15:52 (UTC +04:00)

Bakı - APA-Economics. “Nikoyl Bank” Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibəti ilə tərəfdaş olduğu media orqanlarının jurnalistləri ilə görüş keçirib.

"APA-Economics"in məlumatına görə, bank KİV nümayəndələrini məhsuldar əməkdaşlığa və bankın informasiyalarının dolğun işıqlandırılmasına görə mükafat və hədiyyələrlə təltif edib.

Tədbirdə medianın cəmiyyətdə əhəmiyyətli və böyük rol oynadığı vurğulanıb. Xüsusilə, bankın məlumatlarının dərc edilməsi, qurumun fəaliyyəti və məhsullarının mətbuatda geniş təbliğ olunmasının rolunun böyük olduğu qeyd edilib.

Sonda bank rəhbərliyi tərəfindən APA İnformasiya Agentliyinə "Nikoyl Bank"la məhsuldar əməkdaşlığa və bankın tədbirlərinin fəal işıqlandırılmasına görə minnətdarlıq edilib, xatirə hədiyyəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR