ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 20-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 25 iyun 2016 02:39 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində ölənlərin sayı ikisi uşaq olmaqla 20-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli fövqəladə hallar üzrə idarənin nümayəndəsi Tim Rok bildirib.

Bundan əvvəl 14 nəfərin öldüyü bildirilirdi. Qərbi Virciniya ştatının ərazisində xilasedici əməliyyat davam edir. Əməliyyata ABŞ milli qvardiyasının yüzlərlə əsgəri cəlb edilib. Ştatın 44 dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Təbii fəlakət nəticəsində yüzdən çox ev dağılıb, minlərlə insan elektrik enerjisiz qalıb.

***

23:29

Bakı-APA. ABŞ-ın Qərbi Virciniya ştatında yağan şiddətli yağışlar daşqınlara səbəb olub.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb.

Bu barədə ştatın qubernatoru Rey Tomblin keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Virciniya və Qərbi Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR