“Total” “Şahdəniz” layihəsindən çıxmağının səbəblərini açıqlayıb

“Total” “Şahdəniz” layihəsindən çıxmağının səbəblərini açıqlayıb
# 21 noyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fransanın “Total” neft-qaz şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında payının satmasına və bu yataqda hasilatdan çıxmasının səbəblərini açıqlayıb.

APA-Economics”in məlumatına görə, bu gün Bakıda keçirilən “Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi”nin ikinci günündə “Total” şirkətinin İnkişaf üzrə meneceri Erik Meyer deyib ki, Fransa şirkəti hər zaman Azərbaycanda işləməsinə böyük diqqət ayırıb.

Onun sözlərinə görə, bu gün də “Total” hər zaman bu ölkədə neft hasilatına böyük diqqət ayırmaq niyyətindəyik: “Hazırda bütün səylərimizi ancaq “Abşeron” yatağındakı işlərimizə ayırırıq. Biz bu ölkədə yeni layihələrdə də çalışmaq fikrindəyik”.

“Şahdəniz”də payına satmasına gəldikdə isə o qeyd edib ki, “Total” şirkəti olaraq bu layihədə minoritar şirkət olmaq istəmir: “Bizim bu layihədə qərarların qəbul olunmasında iştirak edə bilməməyimizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR