“Nikoil Bank” etibarlı borcalanları dəstəkləyir

“Nikoil Bank” etibarlı borcalanları dəstəkləyir
# 04 mart 2015 07:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Milli valyuta kursunun kəskin dəyişməsi ilə əlaqədar, “Nikoil Bank” çətin vəziyyətə düşən öz etibarlı borcalanlarını dəstəkləyir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Nikoil Bank” rəhbərliyi borcalanlar üçün “Dollar kursu ilə borcalanlara maliyyə dəstəyi” adlı aksiya keçirir. Bu aksiya kredit ödənişi müddəti ərzində gecikmə etməyən və ya minimal gecikməsi olan borcalanlar üçündür. Bu müştəri seqmenti üçün bank kredit üzrə aylıq ödənişin manat ekvivalentini əvvəlki səviyyədə saxlayan yeni mexanizm tətbiq edir.

“Biz hesab edirik ki, çətin vəziyyətə düşən məsuliyyətli müştərilərimizin bir hissəsinə bu xidməti təklif etməklə, onlar ailələrinin həyat səviyyəsini qorumaqla, kreditlərini ödəyə bilərlər. Bununla yanaşı, etibarlı müştəri statuslu kredit tarixçəsini qoruya biləcəklər. Hazırda bazarda bu tələbin olduğunu görərək bu təşəbbüslə çıxış etməyə qərar vermişik. Bu eyni zamanda, bizim müştərilərimiz üçün siqnaldır. Bu siqnal - etibarlı müştəri olmaq sərfəlidir deməkdir”, - deyə bankın İdarə Heyətinin sədri Vasili Xamaza qeyd edib.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR