Qazaxıstanda 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb

Qazaxıstanda 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb
# 05 iyun 2016 19:56 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib.


“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, deyə DİN rəsmisi bildirib.


Qeyd edək ki, bu gün Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR