Sindzo Abe ikinci dəfə Yaponiyanın baş naziri seçilib

Sindzo Abe ikinci dəfə Yaponiyanın baş naziri seçilib
# 24 dekabr 2014 08:34 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, parlamentin aşağı palatasında keçirilən səsvermədə hazırkı baş nazir S. Abe 475 millət vəkilindən 328-nin səsini qazanaraq ikinci müddətə hökumətə rəhbərlik etmək hüququ qazanıb. O, bu gün yeni kabinet üzvlərinin adlarını açıqlayacaq. Yeni kabinetdə yalnız müdafiə nazirinin dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Sindzo Abe 2012-ci ildən Yaponiya hökumətinə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR