Rusiyada 6,9 bal gücündə zəlzələ olub

Rusiyada 6,9 bal gücündə zəlzələ olub
# 14 fevral 2013 17:33 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Yakutiya bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Yakutsk şəhərindən 867 km şimal şərqdə qeydə alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentrində təkanların gücü hesablamalara görə 9-10 bal təşkil edə biləcəyi ehtimal olunur. Zəlzələ 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Rusiya FHN-in məlumatına görə, “yaşayış məntəqələrində təkanlar zəif hiss olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR