Almaniya Bundestaqının üzvü: “İlk addım Ermənistan tərəfindən atılmalı, bu dövlət işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır” - FOTO

Almaniya Bundestaqının üzvü: “İlk addım Ermənistan tərəfindən atılmalı, bu dövlət işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır” - <span style="color: red;">FOTO
# 01 fevral 2013 13:52 (UTC +04:00)

Bakı-APA. “BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən davam edən işğalı pislənib. Bunun beynəlxalq hüquqa zidd olduğu bəyan edilib, Ermənistandan qoşunlarını işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunub. Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik”.

APA-nın məlumatına görə, bu fikirləri Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı fraksiyasından deputat, Büdcə Komitəsinin və AŞPA-nın üzvü Aksel Fişer deyib.

Dağlıq Qarabağ münaqişəsi və Xocalı aeroportu məsələsinə toxunan Aksel Fişer bildirib ki, bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir: “Ermənistan bu işğala çoxdan son qoymalı idi. Qaçqınların taleyi Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpasından asılıdır. İlk addım Ermənistan tərəfindən atılmalıdır, yəni o işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır. Öz hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz yaxın əməkdaşlıqdan irəli gəlir. Cənubi Qafqaz siyasi, iqtisadi və mədəni baxımdan cəlbedici bir regiondur. Burada Azərbaycan mühüm funksiyaya malikdir. Almaniya, xüsusilə də Avropa ictimaiyyəti içərisində öz roluna çox məsuliyyətlə yanaşır. Məsələn, Avropa Birliyi Dağlıq Qarabağdakı keçən ilki qondarma “prezident seçkiləri”ndən sonra bu seçkilərin nəticələrini tanımayaraq, açıq bir mövqe bildirdi. Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır. Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün yenidən açma niyyəti ciddi narahatlıqlar yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR