Şəmkirdə 16 və 14 yaşlı yeniyetmələr Kürdə batıb - YENİLƏNİB - 1

Şəmkirdə 16 və 14 yaşlı yeniyetmələr Kürdə batıb - <span style="color: red;">YENİLƏNİB - 1
# 06 iyul 2014 08:34 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Azər Malik oğlu Həsənov və 2000-ci il təvəllüdlü Arif Cavan oğlu İsayev Kür çayının Şəmkir rayonu, Cəfər Cabbarlı kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) çimərkən batıblar.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

A. Həsənov və A. İsayevin cəsədi batdığı yerdən, təxminən, 60 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



***

05 iyul 2014 saat 20:40

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda çayda batan iki nəfərin meyiti tapılıb.

Aran Dalğıc-Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev APA-nın qərb bürosuna bildirib ki, 1998-ci il təvəllüdlü Həsənov Azər Malik oğlu və 2000-ci il təvəllüdlü İsayev Arif Cavan oğlunun cəsədləri sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.



***

saat 17:01

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda iki nəfər çayda batıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində baş verib.

Gədəbəy rayon Günəşli kənd sakinləri Azər Həsənov və Arif İsayev Kür çayının Şəmkir rayonunun Cəfər Cabbarlı kəndindən keçən hissəsində çayda çimərkən boğulublar.

Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu həmin şəxslərin meyitlərinin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR