Mərkəzi Bank e-CBAR platformasını yaradır

Mərkəzi Bank e-CBAR platformasını yaradır
# 13 iyun 2016 07:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və beynəlxalq standartlar üzrə sertifikatlaşdırılması məqsədi ilə tender elan edir.

"APA-Economics" xəbər verir ki, tender üç - Mərkəzi Bankda Menecment İnformasiya Sisteminin yaradılması, Mərkəzi Bankda bir pəncərə prinsipinə əsaslanan e-CBAR platformasının yaradılması və Mərkəzi Bankın beynəlxalq İSO27001 standartları üzrə sertifikatlaşdırılması lotları üzrə keçiriləcək.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 1 və 2-ci lotlar üçün 200 manat, 3-cü lot üzrə isə 100 manat məbləğində vəsait köçürməlidirlər. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər.

Tender proseduru iyulun 29-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR