Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar AŞPA-ya dəvət məktubu göndərilməyəcək

Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar AŞPA-ya dəvət məktubu göndərilməyəcək
# 18 iyun 2016 11:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. AŞPA nümayəndələri Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etməyəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Vasiliy Lixaçev deyib ki, AŞPA-ya müvafiq dəvət göndərilməyib.

O bununla bağlı siyasi qərarın artıq verildiyini bildirib: “Aydındır ki, onların vaxtı yoxdur və Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtmasını təmin edə bilməyəcəklər. Fikrimcə, AŞPA ilə təmaslarımızı Dövlət Dumasının yeni tərkibi ilə qaydaya salacağıq”.

MSK rəsmisi bildirib ki, Rusiya seçkiləri müşahidə etmək üçün MDB və ATƏT DTİHB-ə dəvət göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR