Bakı. Hafiz Heydərov – APA. Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumat agörə, hadisə iyulun 3-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.