Bakı Ali Neft Məktəbində TQDK sədri Məleykə Abbaszadə ilə görüş keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində TQDK sədri Məleykə Abbaszadə ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 14 fevral 2013 14:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bakı Ali Neft Məktəbində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə tələbələrin görüşü keçirilib. APA-nın xəbərinə görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, TQDK-nın yarandığı 20 il ərzində artıq test imtahanlarından 2 milyondan artıq insan keçib. Ötən müddət ərzində TQDK şəffaf dövlət qurumu imici formalaşdıra bilib: “Bakı Ali Neft Məktəbi 600-dən yuxarı bal toplayan tələbələrin reytinq siyahısında üstünlük təşkil edir. 102 prezident təqaüdçüsündən 11-i Bakı Ali Neft Məktəbinin payına düşür”. E. Qasımov deyib ki, bir il əvvəl iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq: “Bakı Ali Neft Məktəbinin əsas məqsədinin ölkəmiz üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalarına yiyələnmiş, yüksəkixtisaslı və ingilis dilli kadrların yetişdirilməsidir”.

Görüşdə TQDK sədri Məleykə Abbaszadə tələbələri maraqlandıran suallara ətraflı cavab verib, fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR