Salyan sakini fosfat turşusundan zəhərlənib

Salyan sakini fosfat turşusundan zəhərlənib
# 07 sentyabr 2015 10:45 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Yolüstü kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elşən Elxan oğlu fosfat turşusu içib. E. Rəhimov kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hadisənin intihara cəhd olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR