Azərbaycanda aqrar sahədə məhsul istehsalı 4%-dən çox artıb

Azərbaycanda aqrar sahədə məhsul istehsalı 4%-dən çox artıb
# 15 aprel 2013 11:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda aprel ayının 1-dək aqrar sahədə 112 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə 9,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,5 min hektar sahədə dən üçün qarğıdalı, 29,4 min hektar sahədə kartof, 24,2 min hektar sahədə tərəvəz, 36 hektar sahədə pambıq, 3,5 min hektar sahədə bostan bitkiləri, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,7 min hektar sahədə şəkər çuğunduru və digər bitkilər əkilib.

«Heyvandarlıq sahəsində mal-qaranın baş sayının artması ilə yanaşı heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 0,9% çoxalaraq 2 721,8 min, qoyun və keçilərin sayı isə 0,7% artaraq 8 851,3 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 2,5% artaraq 104,6 min ton, süd istehsalı 5,4% artaraq 394,5 min ton, yumurta istehsalı 14,3% artaraq 326,8 mln. ədəd olub», - deyə Komitədən bildirilib.

Bundan başqa, ilin əvvəlindən tarlalardan 10,8 min ton və ya keçən ildəkindən 13% çox tərəvəz toplanıb: «Beləliklə, keçən ilin I rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 6,5%, heyvandarlıq məhsulları istehsalı isə 4,3% artıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR