Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvlərinin sayı 5000-i ötüb

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvlərinin sayı 5000-i ötüb
# 05 fevral 2013 14:49 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) sənaye, marketinq xidmətləri, nəqliyyat, daşımaçılıq, tibbi fəaliyyət və digər sahələrdə fəaliyyət göstərən 252-yə yaxın sahibkarlıq subyekti ərizə ilə müraciət edərək üzvlüyə qəbul olunub. «APA-Economics»in məlumatına görə, bu barədə ASK-nın 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

İclasda bildirilib ki, hazırda ASK üzvlərinin ümumi sayı 5000-i ötüb. Dövlət orqanları və sahibkarlarla iş şöbəsi tərəfindən xarici ölkələrdə (Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, İtaliya, İspaniya, Yunanıstan və digər Avropa və Asiya ölkələri) keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı materiallar üzvlər arasında yayılıb və 100-dən artıq sahibkarların həmin tədbirlərdə iştirakı təmin edilib.

Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev 2013-cü ildə assosiasiyalarla işin gücləndiriləcəyini və sahibkarlarla vaxtaşırı görüşlərin keçiriləcəyini bildirib. Bundan başqa, Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində ASK əməkdaşları tərəfindən 2013-cü ildə sahibkarlara göstəriləcək xidmətlərlə bağlı hesabatların verilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR