Bakıda həmyerlisini öldürərək soyuducunun içində torpağa basdıran şəxs tutulub - VİDEO

Bakıda həmyerlisini öldürərək soyuducunun içində torpağa basdıran şəxs tutulub - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 08:20 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlisini öldürərək Ramana qəsəbəsindəki həyətlərdən birində torpağa basdıran şəxsin Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Səmədov olduğu müəyyən edilib və o saxlanılıb.

H. Səmədov ilkin ifadəsində həmyerlisi, Əli Seyidovu borca görə öldürdüyünü, meyitini isə soyuducuya qoyaraq yaxınlıqdakı həyətlərdən birində basdırdığını etiraf edib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Ramana qəsəbəsi Şuşa şəhərciyindəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı qətlə yetirilən şəxsin, polisdə itkin düşmüş şəxs kimi axtarışda olan, Masallı rayon sakini 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidov olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR