Batumi və Potidə təbii fəlakətin fəsadları aradan qaldırılır

Batumi və Potidə təbii fəlakətin fəsadları aradan qaldırılır
# 26 avqust 2015 16:19 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dünən gecədən yağan güclü leysan yağış və dənizdə baş verən 4 ballı qasırğa yaranması nəticəsində Batumi və Poti şəhərlərinin küçələrinə və bir çox evlərə sel suları dolub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gecə ərzində sakinlər tərəfindən yanğın-xidməti 300 dəfə çağırılıb.

Batumidə gündüz radələrində küçələrdə olan sel suları çəkilib.

Poti şəhərində isə yarımstansiyanı ildırım vurub. Poti şəhər meriyasından verilən məlumata görə, artıq şəhərə işıq verilib. Acarıstanın digər rayonları da sel sularından əziyyət çəkir. Belə ki, bir çox evlərə su dolub.

Hazırda paytaxt Tbilisdən, o cümlədən Kutaisi və Zuqdidi şəhərlərindən 180 nəfərdən ibarət xilasedicilər briqadası fəsadları aradan qaldırmaq ilə məşğuldur.

Məlumata görə, hələlik zərəri hesablamaq üçün xüsusi komissiya yaradılmayıb.

Gürcüstanın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu Hava proqnozu bildirib ki, avqustun 29-da Gürcüstanda havalar istiləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR