Azərbaycan əhalisinin sayı 9,6 mln. nəfərə çatır

Azərbaycan əhalisinin sayı 9,6 mln. nəfərə çatır
# 17 noyabr 2014 06:48 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 110 nəfər olub. Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləridir.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,9-dan 18,2-yə qədər artıb. Doğulanların 53,6%-ni oğlan, 46,4%ni isə qız uşaqları təşkil edir. Körpələrin 2 308-i əkiz, 48-i isə üçəm doğulub.

Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR