YAP sədrinin müavini regionlara pul ayrılmasının dayandırılmasını təklif edib

YAP sədrinin müavini regionlara pul ayrılmasının dayandırılmasını təklif edib
# 15 mart 2013 11:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisdə mərkəzdən regionlara dövlət tərəfindən pul ayrılmasının dayandırılması təklif olunub. APA-nın məlumatına görə, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov çıxış edib.


O qeyd edib ki, Azərbaycanda regionlar artıq dotasiya prinsipi ilə deyil, öz hesablarına yaşamalıdırlar. Onun sözlərinə görə, regionların iqtisadi inkişafı sürətlənib və ona görə də bu dotasiya idarəçiliyi prinsipindən imtina edərək, regionların öz hesabına yaşaması prinsipinə keçmək lazımdır. Ə. Əhmədov hökumətdən növbəti illərdə bunu nəzərə almağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR