İran Qızıl Aypara Cəmiyyəti Bakıda xəstəxana tikmək istəyir

İran Qızıl Aypara Cəmiyyəti Bakıda xəstəxana tikmək istəyir
# 15 aprel 2015 14:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “İran Azərbaycanla qaçqın və məcburi köçkünlərə peşə təhsili verilməsində, əlillərin müalicə və reabilitasiyası sahəsində əməkdaşlıq edə bilər”.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii söyləyib.

Ə. Rəbii deyib ki, Azərbaycanda iranlı çalışanların çox olmasını istəyirlər: “Azərbaycana səfərim zamanı dərman istehsalı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparacağam. Biz hesab edirik ki, İranla Azərbaycan arasında strateji münasibətlər olmalıdır”.

Ə. Rəbii İran Qızıl Aypara Cəmiyyətinin Bakıda xəstəxana tikmək niyyətində olduğunu açıqlayıb və Ə. Həsənovun buna yardımçı olmasını istəyib.

Ə. Həsənov İran nümayəndə heyətinin Azərbaycanda görüş keçirdiyi nazirlərlə bir araya gələcəyini, təklifləri öyrənəcəyini və yekunda baş nazirə təklifləri təqdim edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR