Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 18 dini icmaya maliyyə yardımı ayırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 18 dini icmaya maliyyə yardımı ayırıb
# 13 iyul 2015 13:44 (UTC +04:00)

Bakı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 18 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

M. Qurbanlı dövlətin siyasətində gənclərə diqqət və qayğının xüsusi yer aldığını xatırladaraq, icma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas subyektinin gənclər olmasının vacibliyini tövsiyə edib. Komitə sədri icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR