Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" və "Chevrolet" markalı minik maşınlarının toqquşması nəticəsində 6 nəfər - 1998-ci il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü E.İsmayılov, 1988-ci il təvəllüdlü R.Məmmədov, 2024-cü il təvəllüdlü S.Bayramov, 1991-ci il təvəllüdlü N.Zeynalova, 1990-cı il təvəllüdlü N.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən APA-nın yerli bürosuna verilən məlumata görə, Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) oktyabrın 14-də saat 15:40 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.