Bank Of Baku

"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb

"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb
# 14 oktyabr 2026 15:49 (UTC +04:00)

"Bank Avrasiya" ASC bu ilin III rübündə 3 milyon 996 min manat xalis mənfəət əldə edib.

“APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 30% azdır. Ötən ilin eyni dövründə bank 5 milyon 705 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın gəlirləri 2025-ci ilin III rübü ilə müqayisədə 12,6% artaraq 16,2 milyon, xərcləri isə 27.05% artaraq 9,1 milyon manat olub.

Bank müştərilərin depozitləri üzrə faizlərə 1,5 milyon manat xərc çəkib ki, bu da illik müqayisədə 4,2 dəfə artım deməkdir. Bundan başqa, bankın amortizasiya xərcləri 446.5 min manatdan 588.6 min manata, ümumi və inzibati xərcləri 483.9 min manatdan 570.4 min manata yüksəlib.

Bu il oktyabrın 1-i vəziyyətinə bakın aktivləri ötən ilin sonuna nisbətətən 11.5% artaraq 239,2 milyon manata, öhdəlikləri isə 16.3% artaraq 144,8 milyon manata çatıb.

Həmin dövrə bankın kredit portefli də böyüyüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlərin həcmi 1.7% artaraq 139,5 milyon manata yüksəlib. İstehlak və ipoteka kredit portfellərində artım müşahidə edilsə də, biznes kredit portfeli 7.8% kiçilərək 51,2 milyon manata düşüb.

Bankın vaxtı keçmiş kreditlərinin həcmi 12,06 milyon manat təşkil edib. Gecikmiş kreditlərin çox hissəsi – 6,8 milyon manat kənd təsərrüfatı sahəsinə verilən kreditlərin payına düşür. Ümumilikdə, vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 8.64% olub.

Bankın maliyyə hesabatına əsasən, “Bank Avrasiya”nın depozit porteflinin həcmi ötən ilin sonuna nisbətən 25.5% artaraq 89,7 milyon manata çatıb. Depozit portfelinin 80,4 milyon manatını fiziki şəxslərin, 9,3 milyon manatını isə hüquqi şəxslərin əmanətləri təşkil edib. Onu bildirək ki, hüquqi şəxslərin bankda yerləşdirdikləri əmanətlərin həcmi 7.7% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR