Paşha Bank
Bank Of Baku

Bakıda güclü külək ağacı evin üstünə aşırıb, ev sakinləri təxliyə edilib - YENİLƏNİB - VİDEO

Bakıda güclü külək ağacı evin üstünə aşırıb, ev sakinləri təxliyə edilib - YENİLƏNİB  - VİDEO
# 16 noyabr 2026 00:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S. Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.

***

22:19

Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.

APA xəbər verir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.

Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR